...

Bakı sakininin evindən xeyli miqdarda pul və qızıl əşyaları oğurlanıb

Hadisə Materials 25 Oktyabr 2008 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayon sakininin evindən xeyli miqdarda pul və qızıl əşyaları oğurlanıb.

Xətai rayon Polis İdarəsindən şənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 24-də saat 10:00 radələrində Məhəmməd Hadi küçəsi, ev 63, mənzil 79-ünvanda yaşayan 60 yaşlı Tofiq Oruc oğlu Məmmədovun mənzilindən 2200 ABŞ dolları, 16 min manat və 30 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Oğruların evə açar seçmə yolu ilə daxil olmaları müəyyənləşib. Hazırda hadisəni törədən şəxslərin tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Oğurluq edən şəxslərin rayon ərazisində buna oxşar bir neçə cinayət hadisəsi törətdikləri də bildirilir.

Faktla bağlı Xəta rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəllləsinin xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.2.4-cü) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti