...

Azərbaycanın Sumqayıt şəhərində bir nəfər dəm qazından ölüb

Hadisə Materials 9 Mart 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Sumqayıt şəhərində (paytaxt Bakıdan 35 kilometr aralı) bazar günü saat 04.30 radələrində 18-ci mikrorayon sakini Şahin Muradov evində dəm qazından boğulub, - bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son bir ayda Azərbaycanda dəm qazından ölənlərin sayı iki dəfə artıb. Yanvarın ortalarında bir həftə ərzində Naxçıvan Muxtar Respublikasında dəm qazından 7 nəfər ölüb. Azərbaycanın digər şəhər və rayonlarında ay ərzində dəm qazından 50-yə yaxın insan ölüb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yayıb. Baş Prokurorluq isə araşdırmanın aparılması üçün "Azəriqaz" Qapalı Tipli Səhmdar Cəmiyyətinə məktub göndərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti