Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir T.Hacıyev/
Şəmkirdə ana öz oğlunu satmaq istəyib.
Daxili İşlər Nazirliyindən (DİN) cümə günü Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şəmkirin Könüllü kənd sakini Zöhrə İsgəndərovanı oğlu Elcanı 10 min manata satarkən yaxalayıb.