...

Bakı sakini iki avtobusun arasında qalıb

Hadisə Materials 20 İyun 2011 12:26 (UTC +04:00)
Zərəçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.
Bakı sakini iki avtobusun arasında qalıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakı sakini iki avtobusun arasında qalıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 19-u saat 13:00 radələrində Binəqədi qəsəbəsi Mərkəz küçəsində qəsəbə sakini Firdovsi Quliyev Gəncə şəhər sakini İlham Poladovun idarə etdiyi 285 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla, Sumqayıt şəhər sakini Mehbalı Əsədovun idarə etdiyi 165 saylı marşrut üzrə hərəkət edən "İveko-Otoyol" markalı avtobusun arasında qalaraq xəsarət alıb.

Zərəçəkmiş xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti