...

İmişlidə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 5 Sentyabr 2011 14:01 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet səhifəsinə istinadən verdiyi məlumata görə, İmişli rayonunun Qaragüvəndli kəndi ərazisində, kənd sakini Abdulla Mirzəyevin idarə etdiyi "QAZ-53" markalı və Canpolad Yarəhmətovun idarə etdiyi "VAZ-21012" markalı avtomaşınlar toqquşub.
İmişlidə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

İmişli rayonunda ağır yol qəzası olub.

Trend-in Daxili İşlər Nazirliyinin internet səhifəsinə istinadən verdiyi məlumata görə, İmişli rayonunun Qaragüvəndli kəndi ərazisində, kənd sakini Abdulla Mirzəyevin idarə etdiyi "QAZ-53" markalı və Canpolad Yarəhmətovun idarə etdiyi "VAZ-21012" markalı avtomaşınlar toqquşub.

Nəticədə Yarəhmətovun sərnişini Hafiz Nağı oğlu xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış Yarəhmətov və Mirzəyevin sərnişinləri - Rahilə Şirinova, Cəmilə Əliyeva, Fərqanə Bağırova və Aytən Babayeva xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti