...

Bakıda iki nəfər yol qəzasında ölüb

Hadisə Materials 17 Sentyabr 2011 10:38 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-sı saat 20:20 radələrində A.Salmanzadə küçəsində Bakı şəhər sakini Eldar İsgəndərov idarə etdiyi "Hundai-Sonata" markalı avtomobillə Dilşad Ağarzayevanı və qızı Səadəti vurub.
Bakıda iki nəfər yol qəzasında ölüb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ölümlə nəticələnən yol qəzaları olub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-sı saat 20:20 radələrində A.Salmanzadə küçəsində Bakı şəhər sakini Eldar İsgəndərov idarə etdiyi "Hundai-Sonata" markalı avtomobillə Dilşad Ağarzayevanı və qızı Səadəti vurub.

Nəticədə, Ağarzayeva ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.

Həmin gün saat 21:30 radələrində Bakı - Aeroport yolunda Bakı şəhər sakini Zahir Fərəcov idarə etdiyi "Mersedes" markalı avtomobillə Elnur Cahangirovu vurub.

Cahangirov aldığı xəsarətlərdən ölüb.

Xəbər lenti

Xəbər lenti