Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub.
Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən "N" saylı hərbi hissəsində əsgər Xəyal Qələmdar oğlu Kərimovun ehtiyatsızlıqdan silah əlində açılıb. Nəticədə hərbçi yoldaşı, əsgər Həbib Bayram oğlu Şahbazov aldığı güllə xəsarəti ilə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə açıqlamasında faktı təsdiqləyib.