...

Bakıda 29 yaşlı gənc bıçaqlanıb

Hadisə Materials 12 Yanvar 2012 09:46 (UTC +04:00)
Bakının Binəqədi rayonu 6-ci mikrarayon ərazisində ötən gecə bçaqlanma hadisəsi baş verib.
Bakıda 29 yaşlı gənc bıçaqlanıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakının Binəqədi rayonu 6-ci mikrarayon ərazisində ötən gecə bçaqlanma hadisəsi baş verib.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 29 yaşlı Tofiq Məlikov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkmiş Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin kim tərəfindən və hansı zəmində törədildiyi hələlik məlum deyil. Bu istiqamətdə Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti