Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin İraqdakı səfirliyi çərşənbə günü raket hücumuna məruz qalıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Türkiyənin Bağdaddakı səfiri Yunus Demirer məlumat verib ki, səfirliyə üç mərmi buraxılıb, onlardan biri səfirlik kompleksinin divarına düşüb. Digər iki mərmi isə səfirliyin yaxınlığına düşüb.
Hazırda ölən və xəsarət alanlar haqqında məlumat verilmir.