...

Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 24 Yanvar 2012 10:43 (UTC +04:00)
Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanıb.
Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlanıb.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı Hüseynov İbrahim Elvis oğlunun döyülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315-ci) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluqdan bildirilib ki, hadisəni törədən İbrahim Məmmədov hələlik istintaqa cəlb edilməyib.

Qeyd edək ki, iki gün öncə Babək prospektində xidmət aparan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi 35 yaşlı Hüseynov İbrahim Elvis oğlu ilə taksi sürücüsü 1981-ci il təvəllüdlü Məmmədov İbrahim Telman oğlu arasında mübahisə düşüb.

Mübahisə davaya səbəb olub və taksi sürücüsü küt alətlə müfəttişin başından xəsarət yetirib.

Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti