...

Bakıda 30 yaşlı qadını döyərək öldürüblər

Hadisə Materials 20 Fevral 2012 10:28 (UTC +04:00)
Bakıda 30 yaşlı qadını döyərək öldürüblər.
Bakıda 30 yaşlı qadını döyərək öldürüblər

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda 30 yaşlı qadını döyərək öldürüblər.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsi, ev 29-da yaşayan 1982-ci il təvəllüdlü Günel Məlikovanın ölməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı Məlikovanın onunla bir evdə yaşayan qardaşlar 55 yaşlı Kamil Məmmədov və 61 yaşlı Rafiq Məmmədov tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Hər üç şəxsin tüfeyli həyat keçirdiyi məlum olub. Məmmədov qardaşları saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti