...

Bakıda gənclər arasında baş verən kütləvi davanın 2 nəfər iştirakçı şübhəli şəxs qismində tutulublar

Hadisə Materials 3 Mart 2012 18:31 (UTC +04:00)
Bakıda dünən gənclər arasında baş verən kütləvi davanın 2 nəfər iştirakçı şübhəli şəxs qismində tutulublar.
Bakıda gənclər arasında baş verən kütləvi davanın 2 nəfər iştirakçı şübhəli şəxs qismində tutulublar

Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda dünən gənclər arasında baş verən kütləvi davanın 2 nəfər iştirakçı şübhəli şəxs qismində tutulublar.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən Qaraçuxur qəsəbəsində bir qrup şəxs arasında baş vermiş münaqişə zamanı Orxan Xamıyev qəsdən öldürülüb. Həmin fakta görə Suraxanı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin gün saat 17.00 radələrində, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 5 saylı binanın qarşısında qəsəbə sakinləri Emin Mirzəyevlə Kamran Xamıyev arasında mubahisə baş verib. Emin Mirzəyev mobil telefonla dostu Cəfər Abbasova zəng vuraraq köməyə çağırıb, bir müddətdən sonra onların tanışları Cəfər Abbasov, Knyaz Knyazov və Anar, Hüseyn və İlkin adlı şəxslər hadisə yerinə gəliblər. Onlarla Kamran Xamıyev və onun qardaşları Orxan və Fərrux arasında baş vermiş münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevə çoxsaylı xəsarətlər yetirib. Eyni zamanda, Fərrux və Kamran Xamıyevlər də müxtəlif xəsarətlər alıblar. Orxan Xamıyev xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb, qardaşları Kamran və Fərrux isə xəstəxanaya yerləşdiriliblər.

Həmin tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu gün Knyaz Knyazov və Emin Mirzəyev şübhəli şəxs qismində tutulublar.

Münaqişədə iştirak etmiş digər şəxslərin də müəyyən olunub istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti