...

Azərbaycanda meşə zolağının yanma təhlükəsinin qarşısı alınıb

Hadisə Materials 9 Aprel 2012 10:18 (UTC +04:00)
Azərbaycanda meşə zolağının yanma təhlükəsinin qarşısı alınıb.
Azərbaycanda meşə zolağının yanma təhlükəsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda meşə zolağının yanma təhlükəsinin qarşısı alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Qusar rayonu, Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə yanan kol-kosun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və Aviasiya Dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının meşə zolağına keçməsinin qarşısı alınıb, tam məhdutlaşdırılması üçün zəruri tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti