...

Azərbaycanda polis zabiti odlu slahla vurulub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 10 Aprel 2012 11:58 (UTC +04:00)
Ağdam rayon Polis Şöbəsinin vəzifəli şəxsi təlim meydançasında odlu silahla vurulub.
Azərbaycanda polis zabiti odlu slahla vurulub (ƏLAVƏ OLUNUB)

Hadisənin təfərrüatları əlavə olunub. İlk xəbər 11:01-də yayılıb.

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ağdam rayon Polis Şöbəsinin vəzifəli şəxsi təlim meydançasında odlu silahla vurulub.

Ağdam rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün səhər təlim meydançasında Ağdam rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə müavini Allahverdi Haqverdiyevin əlindəki odlu silahdan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb.

Ağdam rayon prokurorunun köməkçisi, araşdırmaya rəhbərlik edən Babək Paşayev Trend-ə bildirib ki, bu gün səhər saat 09:00 radələrində təlim meydançasında atəş hazırlığı zamanı Haqverdiyevin əlindəki "Makarov" tipli tapançadan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb.

Polis zabiti Ağcabədidəki Sarıcalı hospitalına yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb.

Prokuror köməkçisi bildirib ki, Haqverdiyevin həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti