...

Bakıda iki qardaşı bıçaqlayan şəxs saxlanılıb

Hadisə Materials 23 May 2012 10:29 (UTC +04:00)
Xətai rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Zığ yolu, 27 ünvanında yaşayan 19 yaşlı Qaraca Qaracayev münaqişə zəminində qonşusu Aydın Məmmədovu və onun qardaşı Vaqifi bıçaqlayıb
Bakıda iki qardaşı bıçaqlayan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ağır cinayət hadisəsi baş verib.

Xətai rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Zığ yolu, 27 ünvanında yaşayan 19 yaşlı Qaraca Qaracayev münaqişə zəminində qonşusu Aydın Məmmədovu və onun qardaşı Vaqifi bıçaqlayıb. Aydın Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Vaqif Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Qaracayev tutulub. İlkin ifadəsində o, hadisəni şəxsi münaqişə zəminində törətdiyi etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti