...

Azərbaycanda “yol müharibəsi” davam edir

Hadisə Materials 8 İyul 2012 12:37 (UTC +04:00)
Azərbaycanda “yol müharibəsi” davam edir.
Azərbaycanda “yol müharibəsi” davam edir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda "yol müharibəsi" davam edir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər kü, Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 18 km aralı) 1967-ci il təvvəllüdlü Əliyev Heydər Dövlət oğluna məxsus "VAZ" markalı minik avtomobili ilə,1950-ci il təvvəllüdlü Məmmədov Aydın Allahverdi oğluna məxsus "DAF" markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Nəticədə "VAZ" markalı avtomobilin sahibi H.Əliyev və avtomobildə olan 3 nəfər sərnişindən 2 nəfəri, 1976-cı il təvvəllüdlü Həşimov Kənan Sənan oğlu, 1950-ci il təvvəllüdlü Məmmədov Aydın Allahverdi oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 1990-cı il təvvəllüdlü Kərimov Ayaz Tahir oğlu isə ağır bədən xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Kürdəmir mərkəzi rayon xəstaxanasına aparılmışdır.

"VAZ" markalı avtomobilin sürücüsünün sıxılmış vəziyyətdə qalmış cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən cıxarılaraq aidiyyatı üzrə təhfil verilib.

Xəbər lenti

Xəbər lenti