...

Azərbaycan sərhədini pozan Türkiyə vətəndaşı saxlanılıb

Hadisə Materials 28 İyul 2012 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycan dövlət sərhədini pozan Türkiyə vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən şənbə günü Trend-ə verilən məlumata görə, Balakən rayonunun Qaysa kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini pozarkən Türkiyə vətəndaşı İstanbul şəhər sakini 10.05.1975-ci il təvəllüdlü Kutlu Alırza Hanif oğlu və Zaqatala şəhər sakini 07.11.1985-ci il təvəllüdlü Mürsəlov Rəsul Maarif oğlu saxlanılıblar.

Hazırda faktla bağlı Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti