...

Qaxda dağda 50 yaşlı kişinin meyitinin həmin ərazidən çıxarılmasına helikopter cəlb edilib

Hadisə Materials 1 Avqust 2012 10:59 (UTC +04:00)
Qaxda dağda 50 yaşlı kişinin meyitinin həmin ərazidən çıxarılmasına helikopter cəlb edilib.
Qaxda dağda 50 yaşlı kişinin meyitinin həmin ərazidən çıxarılmasına helikopter cəlb edilib

Azərbaycan, Bakı, 1 avqust / Trend müxbir K.Zərbalıyeva/

Qaxda dağda 50 yaşlı kişinin meyitinin həmin ərazidən çıxarılmasına helikopter cəlb edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qax rayonu, İlisu kəndi yaxınlığında 1962-ci il təvəllüdlü Şahin Mollaməhəmməd oğlu Mirzəyev səhhətinin kəskin pisləşməsi səbəbindən ölüb.

Hadisə yeri çətin keçilən dağlıq ərazidə olduğundan Mirzəyevin cəsədini götürmək mümkün olmayıb. Müraciət daxil olan kimi nazirliyin müvafiq xilasetmə qüvvələri, o cümlədən aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunub.

Xilasedicilər mürəkkəb dağlıq ərazidə olan Mirzəyevin cəsədini müvafiq qaydada götürüb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti