Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Cəfərov/
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhər mərkəzi həbsxanasında dörd nəfər edam olunub. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
Şərqi Azərbaycan əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər zorlama ittihamı ilə edama məhkum olunublar.
Onlar magistral yollarda gənc qız və gəlinlərin qarşısını kəsib, onları naməlum istiqamətə apararaq zorlayıblar.