Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda psixatrop maddələrin satışı ilə məşğul olan dəstə üzvləri zərərsizləşdirilib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə respublikamıza gətirilən psixotrop maddələrin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri Bakı şəhər sakinləri Yusif Hacıyevdən, Yeganə Nuriyevadan və əvvəllər məhkum olunmuş Kamran Əmrahov saxlanılıb.
Onlardan 10 min həb "Obidol", 850 həb "Metadon", 140 həb "Fenobarbital", 10 həb "Diazepam" və 40 ampula "Relanium" dərman pereparatları aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb.