...

Tehranda 10 nəfər edam olunub

Hadisə Materials 22 Oktyabr 2012 10:17 (UTC +04:00)
Bu gün səhər İranda Tehran şəhər həbsxanasında 10 nəfər edam olunub. Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.
Tehranda 10 nəfər edam olunub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranda Tehran şəhər həbsxanasında 10 nəfər edam olunub. Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslər 2 tondan artıq narkotiklərin qanunsuz dövriyyəsi və satılmasında ittiham olunaraq edam cəzasına məhkum ediliblər. Həmin şəxslər iki ayrı dəstə ilə Tehran şəhərində narkotik maddələrin satışı ilə məşğul olurmuşlar. Edam olunan şəxslərin bank hesablarındakı pullar, adlarına olan şirkətlərin malları, əmlak və torpaq sahələri dövlət nəfinə müsadirə olunub.

Beynəlxalq KİV-in məlumatına görə, ötən bir il ərzində (2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabr ayınadək) İranda 488 nəfərdən çox şəxs edam olunub. Məlumata əsasən, bu müddət ərzində 333 nəfərdən çox şəxs isə edam cəzasına məhkum olunub. Edam olunan şəxslərin 33 faizi narkotik qaçaqmalçılığı, 13 faizi isə zorlamada ittiham olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti