...

İranın Şiraz şəhərində 7 nəfər edam olunub

Hadisə Materials 8 Noyabr 2012 17:34 (UTC +04:00)
Bu gün İranın Şiraz şəhərində 7 nəfər edam olunub. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
İranın Şiraz şəhərində 7 nəfər edam olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Şiraz şəhərində 7 nəfər edam olunub. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxslər narkotik maddələrin qanunsuz dövriyyəsi və satışında ittiham olunaraq edam cəzasına məhkum ediliblər. Onlardan 5 nəfəri Şiraz şəhərində küçədə əhalinin gözü qarşısında, 2 nəfər isə həbsxanada edam olunub.

Qeyd edək ki, son bir ay ərzində Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər edam olunub.

Beynəlxalq KİV-in məlumatına görə, ötən bir il ərzində (2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabr ayınadək) İranda 488 nəfərdən çox şəxs edam olunub. Məlumata əsasən, bu müddət ərzində 333 nəfərdən çox şəxs isə edam cəzasına məhkum olunub. Edam olunan şəxslərin 33 faizi narkotik qaçaqmalçılığı, 13 faizi isə zorlamada ittiham olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti