...

Bakıda oğurlanmış nömrə nişanı başqa avtomobildə tapılıb

Hadisə Materials 15 Noyabr 2012 13:28 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Bakıda oğurlanmış nömrə nişanı başqa avtomobildə tapılıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda oğurlanmış nömrə nişanı başqa avtomobildə tapılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu il iyul ayının 23-də Binəqədi rayonu ərazisindən "VAZ-2104" markalı avtomaşına məxsus oğurlanmış dövlət nömrə nişanları üzərində olan "NİVA" markalı avtomaşın noyabrın 14-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü Bakı şəhər sakini Rahid Həsənov Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti