...

Gəncədə ticarət mərkəzində bədbəxt hadisədə ölən və xəsarət alanların şəxsiyyəti məlum olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Noyabr 2012 12:46 (UTC +04:00)
Trend-in məlumatına görə, şəhərin Dədə Qorqud prospektində "Gənclik" ticarət mərkəzindəki məişət avadanlıqlarının satıldığı mağazada yük lifti qırılıb və məişət avadanlıqları daşıyan 1 fəhlə ölüb, 2 nəfər yaralanıb.
Gəncədə ticarət mərkəzində bədbəxt hadisədə ölən və xəsarət alanların şəxsiyyəti məlum olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədə bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, şəhərin Dədə Qorqud prospektində "Gənclik" ticarət mərkəzindəki məişət avadanlıqlarının satıldığı mağazada yük lifti qırılıb və məişət avadanlıqları daşıyan 1 fəhlə ölüb, 2 nəfər yaralanıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə zamanı Vəliyev Elşən İsfəndiyar oğlu ölüb, Kərimov Ramin Mürşüd oğlu və Şəfiyev Rəşad Yusif oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, həyati təhlükələri yoxdur.

Hadisənin səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti