...

Bakıda əczaxanada külli miqdarda saxta reseptlərlə psixotrop dərman preparatlarının satıldığı aşkarlanıb

Hadisə Materials 21 Noyabr 2012 13:25 (UTC +04:00)
Bakının mərkəzindəki əczaxanada külli miqdarda saxta reseptlərlə psixotrop dərman preparatlarının satıldığı müəyyən edilib.
Bakıda əczaxanada külli miqdarda saxta reseptlərlə psixotrop dərman preparatlarının satıldığı aşkarlanıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Medhiyev/

Bakının mərkəzindəki əczaxanada külli miqdarda saxta reseptlərlə psixotrop dərman preparatlarının satıldığı müəyyən edilib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisindəki əczaxanaların birində, saxta reseptlərlə psixotrop dərman preparatlarının satılması faktı aşkarlanıb.

Əczaxanaya baxış zamanı 2640 həb və 370 ampula "Diazenks", 1950 həb "Ksanaks", 465 həb "Klonezapam", müddəti bitmiş 170 həb "Relanium", cəmi sənədsiz 5595 həb və ampula dərman preparatları və saxta möhürlə təsdiq olunmuş 185 ədəd saxta resept aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti