...

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Hadisə Materials 30 Noyabr 2012 15:48 (UTC +04:00)
Gürcüstan polisi narkotik maddələr saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb.
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstan, Tbilisi, 30 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan polisi narkotik maddələr saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb.

Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, Sumqayıt sakini Q.Sultan Tbilisinin İsani rayonundakı ticarət mərkəzinin ərazisində saxlanılıb.

Axtarış zamanı ondan 5 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Q.Sultanı Gürcüstan CM-nin 260-cı maddəsi üzrə 10 il müddətinə həbs gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti