...

İrandan gələn Azərbaycan vətəndaşından narkotik vasitə aşkar olunub

Hadisə Materials 25 Yanvar 2013 17:19 (UTC +04:00)
İrandan piyada qayıdan Azərbaycan vətəndaşından narkotik vasitə aşkar edilib.
İrandan gələn Azərbaycan vətəndaşından narkotik vasitə aşkar olunub

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

İrandan piyada qayıdan Azərbaycan vətəndaşından narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Məhərrəm Əliyevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bağlamada təqribi çəkisi 22,0 qram narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti