...

Bakıda BP-nin vəzifəli şəxsinin meyiti aşkar edilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 Fevral 2013 15:33 (UTC +04:00)
BP (British Petrolium) şirkətinin vəzifəli şəxsinin meyiti Səbail rayonunda yaşadığı evdə tapılıb.
Bakıda BP-nin vəzifəli şəxsinin meyiti aşkar edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat13:36-da yayılıb)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İzzət/

BP (British Petrolium) şirkətinin vəzifəli şəxsinin meyiti Səbail rayonunda yaşadığı evdə tapılıb.

Səbail rayon Polis İdarəsindən Trend-ə verilən xəbərə görə, fevralın 23-nə keçən gecə Bakı şəhərinin Səbail rayonunda BP şirkətinin əməkdaşının yaşadığı mənzildə öldüyü aşkar edilib.

Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə isə, Kanada vətəndaşı olan, 1962-ci il təvəllüdlü Arnold Brentin meyiti elə yaşadığı evdə, Zərifə Əliyeva küçəsi 49, mənzil 12 ünvanında tapılıb.

Ölümün ilkin olaraq ürək çatışmazlığından baş verdiyi ehtimal edilir.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla əlaqədar Səbail rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Arnold Brentin ölüm faktını BP-nin mətbuat xidmətindən də təsdiq ediblər. Şirkətdən Trend-ə verilən məlumata görə, BP-Azərbaycan əməkdaşın ölümü ilə əlaqədar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Ölümün əsl səbəbi hüquq-mühafizə orqanları tərəfindən müəyyən ediləcək. Lakin ilkin məlumatlara görə, ölüm təbii səbəblər nəticəsində baş verib.

Lakin şirkətdən əməkdaşın hansı vəzifəni daşıdığını bildirməyiblər.

Trend-in əldə etdiyi məlumatlara görə, Arnold Brent şirkətin Bakıdakı mərkəzi ofisinin maliyyə şöbəsinin əməkdaşlarından biri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti