...

İranda daha 4 nəfər edam olunub

Hadisə Materials 28 Fevral 2013 11:40 (UTC +04:00)
Bu gün səhər İranın Kohgiluyə və Boyer-Əhməd əyalətinin Gəçsaran şəhərinin mərkəzi həbsxanasında dörd nəfər edam olunub.
İranda daha 4 nəfər edam olunub

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir T. Cəfərov /

Bu gün səhər İranın Kohgiluyə və Boyer-Əhməd əyalətinin Gəçsaran şəhərinin mərkəzi həbsxanasında dörd nəfər edam olunub. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Gəçsaran prokurorluğundan bildirilib ki, həmin şəxslər zorlama ittihamı ilə edama məhkum olunublar. Onlar bu cinayəti qrup şəklində 1997-ci ildə törədiblər və həbs olunublar.

Beynəlxalq KİV-lərin məlumatına görə, ötən il İranda 587 nəfər edam edilib. Edam olunan şəxslərin böyük əksəriyyəti narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə edam olunublar.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib.

Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti