Bıçaqla silahlanmış şəxs Ermənistan parlamentinin binasına soxulmağa cəhd göstərib. Bu barədə Trend"Novosti Armeniya" ya istinadən xəbər verir.
Binanı mühafizə edən güc strukturlarının ənəkdaşları odlu silahdan atəş açıblar.
Şahidlərin sözlərinə görə, iki atəş səsi eşidilib. Kişi gizlənməyə çalışıb. Lakin o, yaralanıb. Hazırda cinayətkar Yerevandakı xəstəxanalardan birinə yerləşdirilib.