Azərbaycan, Bakı, 1 aprel /Trend/
Şəmkirdə narkotik alverçiləri tutulub.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakinləri Elşən Tağıyev, Nəsrəddin Zeynalov və Ramil Nağdəliyev qanunsuz olaraq narkotik vasitə olan heroin satarkən tutulub.
Onların üzərinə baxış keçirilərkən də heroin aşkar edilib və maddi sübut kimi götürülüb.
Faktla bağlı təhqiqat aparılır və saxlanılanların narkotik vasitəni haradan gətirdikləri araşdırılır.