...

Azərbaycanda iki azyaşlı uşaq suyun qurbanı olub

Hadisə Materials 11 Aprel 2013 15:52 (UTC +04:00)
Azərbaycanda biri su arxı, digəri isə su quyusuna düşməklə iki azyaşlı boğulub.
Azərbaycanda iki azyaşlı uşaq suyun qurbanı olub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda biri su arxı, digəri isə su quyusuna düşməklə iki azyaşlı boğulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən məlumat verir ki, aprelin 10-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini, azyaşlı Nuranə Cümşüdova kəndin ərazisindəki 2 saylı uşaq bağçasının həyətindəki su arxına düşərək boğulub.

Azyaşlının ölümü ilə nəticələnən daha bir hadisə Kürdəmirdə baş verib.

Belə ki, aprelin 10-da Kürdəmir rayonunun Karrar kənd sakini, azyaşlı Amin Ramazanov yaşadığı həyətdəki su quyusuna düşərək boğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti