...

Gömrükçülər Azərbaycan vətəndaşının bağırsağından heroin çıxardılar

Hadisə Materials 23 Aprel 2013 13:11 (UTC +04:00)
Gömrük postunda Azərbaycan vətəndaşının daxili orqanından 1,81 qram heroin aşkar edilərək götürülüb.
Gömrükçülər Azərbaycan vətəndaşının bağırsağından heroin çıxardılar

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Gömrük postunda Azərbaycan vətəndaşının daxili orqanından 1,81 qram heroin aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Mehman Abdullayevin üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 1,81 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti