Azərbaycan, Bakı, 24 may /Trend/
Rusiyadan Azərbaycana gələn avtomobildə zinət əşyaları aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən Azərbaycana gələn "VAZ-21103" markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomaşının sürücüsü Azərbaycan vətəndaşı Abdula Xartumov tərəfindən bəyan olunmayan 389 ədəd 100-lük ABŞ dolları, ümumi çəkisi 108,55 qram olan - 30 cüt qaşsız, 3 cüt ağ və yaşıl qaşlı sırğalar və 1 ədəd ağ qaşlı üzük aşkar olunaraq götürülüb.