...

Bakıda quldur dəstəsi yaxalandı

Hadisə Materials 27 İyun 2013 13:04 (UTC +04:00)
Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslər tutulub.
Bakıda quldur dəstəsi yaxalandı

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakininə qarşı quldurluq etmiş şəxslər tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 26-da Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Ramil Quliyevə məxsus "Opel" markalı avtomaşına oturmuş 5 naməlum şəxs onu boğmağa cəhd göstərib, döyərək pul verməsini tələb ediblər. Ramil pulu olmadığını dedikdə isə düşərək gediblər.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı səhər sakini Elvin Rzaquliyev, Neftçala rayon sakini Cavid Quliyev, Cəlilabad rayon sakini Fərid İslambəyli, Lənkəran rayon sakini Araz Rüstəmli və Yevlax rayon sakini Rövşən Əliyev tutulublar.

Fərid İslambəylinin və Elvin Rzaquliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Elvinin qardaşı İlkinlə birgə iyunun 24-də Xaqani bağında Bakı şəhər sakini Emil Hüseynovu bıçaqla hədələyib içərisində mobil telefonu, qol saatı, 10 manat pulu və şəxsiyyət vəsiqəsi olan pul kisəsini aldıqları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzaquliyev tutulub.

Faktla əlaqədar Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti