...

Qazax sakini “VAZ-2107”in qurbanı oldu

Hadisə Materials 2 İyul 2013 14:36 (UTC +04:00)
Abşeron sakini Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
Qazax sakini “VAZ-2107”in qurbanı oldu

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

Abşeron sakini Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki,

iyulun 2-də saat 00.20 radələrində Qazax rayonunun Əzizbəyli kəndi ərazisində Abşeron rayon sakini Zaur Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən rayon sakini Elman Rzayevi vurub.

Nəticədə piyada Rzayev hadisə yerində ölüb.

Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti