...

Sabirabad rayonunda yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 24 İyul 2013 21:32 (UTC +04:00)
Sabirabad rayonu, Zalqarağac kəndində vətəndaşa məxsus “İSUZU” markalı yük avtomobili və digər vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobilli toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Sabirabad rayonunda yol qəzası baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Sabirabad rayonu, Zalqarağac kəndində vətəndaşa məxsus "İSUZU" markalı yük avtomobili və digər vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilli toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində "İSUZU" markalı yük avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri ilə yanğın bölmələri çatana kimi təcili yardım tərəfindən Şirvan şəhəri mərkəzi xəstəxanasına aparılıblar.

Yük avtomobilinin qalan hissəsi və "MERCEDES" markalı minik avtomobili yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti