...

Türkiyədə polis məntəqəsinə bomba atılıb

Hadisə Materials 26 İyul 2013 11:49 (UTC +04:00)
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda naməlum şəxslər polis məntəqəsinə bomba atıblar.
Türkiyədə polis məntəqəsinə bomba atılıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda naməlum şəxslər polis məntəqəsinə bomba atıblar. Bu barədə Trend cümə günü "CNN Türk" telekanalına istinadən məlumat verir.

Məlumata görə, partlayış nəticəsində Şırnak polisinin antiterror şöbəsinin rəisi Aşir Yıldız yaralanıb.

Xəstəxanaya çatdırlan Yıldızın səhhəti sabit qiymətləndirilir. Məntəqəyə bomba atanların şəxsiyyətini müəyyənləşdirmək hələ mümkün olmayıb. Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti