...

Misir ordusu Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb, azı 300 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 14 Avqust 2013 14:43 (UTC +04:00)
Misir ordusu bu gün səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Misir ordusu Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb, azı 300 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Yeni rəqəmlər əlavə edilib (İlk xəbər 11:20-də yayılıb)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Tağıyeva/

Misir ordusu bu gün səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, etirazçıları dağıtmaq üçün hərbi texnika və odlu silahdan istifadə edilir.

Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 300-ə yaxın insan həyatını itirib, 1500-dən artıq insan isə yaralanıb.

Qeyd edək ki, Məhəmməd Mursinin tərəfdarları onun yenidən prezident vəzifəsinə gətirilməsi və Konstitusiyanın bərpa edilməsi tələbi ilə etiraz aksiyaları keçirir.

Xatırladaq ki, iyulun 26-da Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin ordu tərəfindən devrilmiş Prezidenti Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verilməsi barədə qərar qəbul edib. Telekanalın məlumatına görə, məhkəmə Mursini HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə, həmçinin 2011-ci ildə inqilab zamanı həbsxanadan qaçışda təqsirli bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti