Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/
Bir ay əvvəl Tovuz rayonunda avtoqəzada zədələnən Azərbaycan Ordusunun zabiti bu gün ölüb.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, leytenant Musayev İlham Ramiz oğlu bir ay əvvəl məzuniyyətdə olarkən Tovuz rayonunda baş verən avtoqəza nəticəsində ağır kəllə beyin travması almışdı.
Həmin vaxtdan indiyədək koma vəziyyətində olan leytenant Musayev bu gün Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib.
Allahdan zabitimizə rəhmət diləyir, ailəsinə və yaxınlarına səbr arzulayırıq.