Azərbaycan, Bakı, 1 sentyabr / Trend /.
Şamaxı rayonunda "Mitsubishi" markalı avtomobil uçuruma düşüb.
Trend-ə Şamaxı rayon polis şöbəsindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Məlumata görə, zərərçəkənlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşların və yerli sakinlərin vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərnişinlərdən biri 1960-cı il təvəllüdlü Əzizov Fikrət Nazim oğlunun dərəyə düşmüş cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla əlaqədar Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.