...

Qubada mənzildə yanğınla nəticələnən partlayış baş verib

Hadisə Materials 1 Oktyabr 2013 23:58 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Qubada mənzildə yanğınla nəticələnən partlayış baş verib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bu gün Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə mənzildə 2 ədəd pəncərə çərçivəsi yerindən çıxaraq həyətə düşüb. Mənzilin yataq otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Mənzil yanğından mühafizə olunub.

Tərtər şəhərində Tərtər ticarət mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət məişət mallar mağazasında 3 kv.m sahədə tavan və rəf, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət ərzaq mağazasında 1 kv.m sahədə rəf yanıb. Mağazaların qalan hissəsi yanğından mühafizə olunub.

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, 3 otağın tavanı 76 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın hər 3 halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti