...

Bakıda yaşayış evində partlayış baş verib, xəsarət alanlar var

Hadisə Materials 15 Oktyabr 2013 13:15 (UTC +04:00)
Oktyabrın 15-də saat 02.00 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində qəsəbə sakini Qulu Quliyevə məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.
Bakıda yaşayış evində partlayış baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İzzət/

Oktyabrın 15-də saat 02.00 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində qəsəbə sakini Qulu Quliyevə məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nəticədə evin qapı və pəncərə cərcivələri dağılıb, Q.Quliyevin evində qonaq olan Bakı şəhər sakini Gülnaz İsrafilova və Naxçıvan şəhər sakini Lətif Quliyev xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti