...

Sumqayıtda qumarxana aşkarlanıb

Hadisə Materials 4 Noyabr 2013 13:23 (UTC +04:00)
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Cavad Ağayevin tamah niyəti ilə Sumqayıt şəhəri 4-cü məhəllə Nizami küçəsi ev 28/17-də qumarxana təşkil etmə və saxlama məqsədi ilə Kimyaçılar qəsəbə sakinləri, tanışları Ziyad Şirinov və Sirac İsmayılov ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin ünvanda yaddaşında müxtəlif qumar oyunlarının yükləndiyi 7 ədəd noutbuk tipli kompyuter yerləşdirmələri müəyyən edilib.
Sumqayıtda qumarxana aşkarlanıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Cavad Ağayevin tamah niyəti ilə Sumqayıt şəhəri 4-cü məhəllə Nizami küçəsi ev 28/17-də qumarxana təşkil etmə və saxlama məqsədi ilə Kimyaçılar qəsəbə sakinləri, tanışları Ziyad Şirinov və Sirac İsmayılov ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin ünvanda yaddaşında müxtəlif qumar oyunlarının yükləndiyi 7 ədəd noutbuk tipli kompyuter yerləşdirmələri müəyyən edilib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də qeyd edilən ünvanda qumar oyunlarından əldə edilmiş 640 manat pul, maqnit informasiya yaddaş daşıyıcılarının iş masalarında "AZ novoaz-147" adlı onlayn pul (qumar) oyunları üçün nəzərdə tutulmuş proqramlar müəyyən olunduğu 1 ədəd "Toshiba Satellite" markalı "C875" modelli, 4 ədəd "HP" markalı "655" modelli və 2 ədəd "Lenovo" markalı "B590" modelli, cəmi 7 ədəd noutbuk tipli kompyuter, üzərində qumar oyunlarının oynanılması üçün kodların yazıldığı 23 ədəd vərəqə aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti