...

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 7 Noyabr 2013 10:19 (UTC +04:00)
Fakt üzrə araşdırmalar aparılır.
Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Penitensiar xidmətin (PX) və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend-in PX-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Azər Bayraməli oğlu Fərzəliyevin zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içində gizlətdiyi bir ədəd şəffaf sellofan bükülüdə 0.805 qram narkotik vasitə "tiryək", 4 ədəd kapsula və 19 ədəd həb şəklində "tramadol" dərman preparatı aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti