...

Rusiya Miqrantlar Federasiyasının nümayəndəsi Mais Qurbanova hücumda şübhəli bilinən qadın saxlanılıb

Hadisə Materials 13 Noyabr 2013 11:00 (UTC +04:00)
Rusiya Miqrantlar Federasiyasının nümayəndəsi Mais Qurbanova hücum etməkdə şübhəli bilinən 24 yaşlı qız saxlanılıb.
Rusiya Miqrantlar Federasiyasının nümayəndəsi Mais Qurbanova hücumda şübhəli bilinən qadın saxlanılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Rusiya Miqrantlar Federasiyasının nümayəndəsi Mais Qurbanova hücum etməkdə şübhəli bilinən 24 yaşlı qız saxlanılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi çərşənbə günü hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Şübhəli noyabrın 12-də axşam Novokosinsk küçəsi, ev 28 ünvanında saxlanılıb. Agentliyin mənbəsinin sözlərinə görə, qız "göstərilən cinayətin törədilməsində ifşa edilib".

Öz növbəsində, "İnterfaks" Moskvanın hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, M.Qurbanova hücumda şübhəli bilinən şəxs Tambov vilayətinin Morşansk rayonunun sakinidir. Saxlanılanın adı və digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Rusiya DİN-in Moskva üzrə Baş İdarəsi M.Qurbanova hücum törədənin saxlanılması faktını təsdiqləyib. Saxlanılanın dilindən ehtiyat tədbiri kimi yaşayış yerinin tərk etməmək haqqında iltizam alınıb. Baş İdarənin mətbuat xidmətinin əməkdaşları əlavə ediblər ki, M.Qurbanova hücumla bağlı "dələduzluq" maddəsi üzrə cinayət işi açılıb.

M.Qurbanova hücum bazar ertəsi, noyabrın 12-də yaşadığı Novokosinsk rayonunda baş verib. Binanın girəcəyində onu dörd nəfər, eləcə də ona atəş açan qız gözləyib. Miqrantlar Federasiyasının nümayəndəsi çiynindən yaralanıb, çoxlu qan itirsə də, yaralının həyatı təhlükədə deyil.

Rusiya Miqrantlar Federasiyasının rəhbəri Məhəmməd Əmin Macumder də özünün və M.Qurbanovun bundan əvvəl dəfələrlə "internetdə radikal əhval-ruhiyyəli vətəndaşlar tərəfindən təhdid olunduqlarını" bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti