...

Bərdədə avtomobil su arxına aşıb, sürücü xəsarət alıb

Hadisə Materials 22 Noyabr 2013 20:02 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində vətəndaşa məxsus "VAZ" markal minik avtomobili idarəetməni itirərək yolun kənarında su arxına aşması nəticəsində yol qəzası baş verib.
Bərdədə avtomobil su arxına aşıb, sürücü xəsarət alıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bərdədə avtomobil su arxına aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində vətəndaşa məxsus "VAZ" markal minik avtomobili idarəetməni itirərək yolun kənarında su arxına aşması nəticəsində yol qəzası baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə minik avtomobilində sıxılmış vəziyyətdə qalmış avtomobilin sürücüsü yanğınsöndürənlər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti