...

İranda narkotikə görə edama məhkum olunan şəxslərin ailələri Parlament qarşısında etiraz aksiyası keçirib

Hadisə Materials 25 Noyabr 2013 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir T.Cəfərov/

İranda narkotik qaçaqmalçılığına görə edama məhkum olunmuş şəxslərin həyat yoldaşları, anaları, uşaqları və digər ailə üzvlərinin iştirakı ilə Tehranda Parlament binası qarşısında etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, onlar Parlamentdən edam hökmünün daha yüngül bir cəza ilə əvəz olunmasını tələb ediblər. Etirazçılar əllərində "Edam hökmünü yüngülləşdirin" yazılmış plakatlar tutublar.

İran KİV-nin məlumatına görə, artıq neçənci dəfədir ki, narkotiklərə görə edama məhkum olunmuş şəxslərin ailə üzvləri Parlament qarşısında etiraz aksiyası keçirir.

Beynəlxalq KİV-in məlumatına görə, 2013-cü ilin əvvəlindən indiyədək İranda 400 nəfərdən çox şəxs edam olunub.

İran KİV-nin məlumatına görə, hazırda bu ölkənin həbsxanalarında 300-dən artıq şəxs narkotik qaçaqmalçılığına görə edam olunacağı günü gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti