...

Bakıda ana həbsxanaya qatil oğlu üçün qanunsuz əşya keçirmək istəyib

Hadisə Materials 26 Noyabr 2013 16:31 (UTC +04:00)
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda ana həbsxanaya qatil oğlu üçün qanunsuz əşya keçirmək istəyib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elbrus Həsən oğlu Qasımovun yanına qısamüddətli görüşə gəlmiş anası Brilyant Musa qızı Qasımovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı əl çantasının içərisindən 1 (bir) ədəd "Samsung SGH - X160" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü Elbrus Qasımov Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti