Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.İzzət/
Adətən yol qəzasına düşən maşınları daşıyan evakuator Bakıda özü yol hərəkəti qaydalarını pozaraq qəza törədib.
Trend xəbər verir ki, günorta saatlarında işıqforun qırmızı işığında hərəkət edən evakuasiya xidməti göstərən yük avtomobili yolayrıcında hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. "VAZ 2107" zərbənin təsirindən yolun ortasında 90 dərəcə fırlanaraq hərəkətdə olan furqon tipli minik avtomobilinə çırpılıb. Qəza zamanı hər iki minik avtomobilinə maddi ziyan dəyib.
Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
Video Player